Liam Delap üçün İngiltərə nəhəngləri hərəkətə keçib

“İpsiç”in ingiltərəli futbolçusu Liam Delap yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, “Liverpul”, “Çelsi” və “Mançester Yunayted” L.Delapın xidmətində maraqldır.

Liamın hazır ki dəyəri “Transfermark” portalına görə 25 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, 21 yaşlı futbolçunun “İpsiç”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O cari mövsüm çıxış etdiyi 18 matçda 6 qol və 1 asistlə yadda qalıb.