"Lids Yunayted" "Koma"ya elçi düşüb
"Lids Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, "Komo"nun xorvatiyalı yarımmüdafiəçisi Martin Baturina İngiltərə klubuna keçə bilər.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, 22 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 9 matçda 1 qol, 1 asistlə yadda qalıb.