“Lids Yunayted” və “Kristal Pelas” transfer yarışına girib

“Çelsi”nin futbolçusu Rahim Sterlinq yanvar ayında komandasını dəyişəcək.

Sportline.az xəbər verir ki, “Lids Yunayted” və “Kristal Pelas” 31 yaşlı sağ cinah vingerini transfer etməyə çalışır.

Sterlinq hazırda “zadəganlar”ın heyətindən çıxarılıb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq oyunçusu ötən mövsümü “Arsenal”da icarə əsasında çıxış edib.