"Lids Yunayted"dən yeni həmlə
"Lids Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, "Koventri Siti"nin futbolçusu Haci Rayt İngiltərə klubunun maraq dairəsindədir.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, H.Rayt "Lids Yunayted"ə transfer olmağa isti yanaşır.