“Lids Yunayted”i “Everton”a dəyişə bilər
"Lids Yunayted"in sağ cinah müdafiəçisi Ceyden Boqle "Everton"un maraq dairəsinə düşüb.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi yanvar ayında rəsmi təklif göndərəcək.
25 yaşlı futbolçunun transfer qiyməti 10 milyon avrodur.
Qeyd edək ki, C.Boqlenin "Lids Yunayted"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.