Linqard Brazilya klubunda çıxış edəcək

Azad agent statusunda olan Cesse Linqard karyerasını Brazilyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu "Korintians"da forma geyinəcək.

Bu haqda nüfuzlu ESPN nəşri məlumat yayıb.

Qeyd edək ki, Linqard cari mövsüm meydana çıxdığı 6 matçda 3 qol, 3 asistlə yadda qalıb.