"Lion" "Bazel"i qonağ edəcək
UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.
Sportline.az xəbər verir ki, "Lion" "Qroupama" stadionuda "Bazel"lə qarşılaşacaq.
Fransa klubunda Remi Deşamp, Orel Manqala və Ernest Nuama baş məşqçi Pauolo Fonsekanın sərəncamında olmayacaq.
"Bazel"də isə Finn van Breemen və Keiqo Tsunemoto zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Lon" - "Bazel" görüşü Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
Oyunun ədalət təmsilçisi latviyalı hakim Manfredas Lukyankukas olacaq.