“Lion” klubu “Liverpul”un təklifini rədd edib
“Lion” klubunun rəhbərliyi Rayan Çerki üçün təklif edilən 17 milyon avronu geri çevirib.
Sportline.az “TbrFootball” nəşrinə istinadən xəbər verir ki, “Lion”nun rədd etdiyi klub “Liverpul” olub. “Lion” klubunun rəhbərliyi Rayan Çerki üçün “Liverpul”dan 29 milyon avro tələb edir.
R.Çerkinin “Lion”la müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 2 qol və 3 asistlə yadda qalıb.