"Lion"dan "Atalanta"ya transfer olması gözlənilir
"Lion"un fransalı futbolçusu Rayan Çerki karyerasını "Atalanta"da davam etdirə bilər.
Sportline.az insayder Alfredo Pedullanın məlumatına istinadən xəbər verir ki, "Atalanta" Rayan Çerki üçün hərəkətə keçib. İtaliya klubunun rəhbərliyi Çerkinin transferində israrlıdır.
Berqamo klubu transferi yanvar ayında həll etmək niyyətindədir.
Oyunçunun hazır ki dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, R.Çerkinin "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.
21 yaşlı futbolçu cari mövsümdə çıxış etdiyi 17 matçda 5 qol və 7 asistlə yadda qalıb.