"Liverpul" 22 yaşlı futbolçunu transfer etmək istəyir
"Liverpul" "Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitikeni heyətinə qatmaq istəyir.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Ekitike üçün "Liverpul" yayda "Ayntraxt"a rəsmi təklif göndərəcək.
22 yaşlı futbolçunun transfer qiyməti 55 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Ekitike bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 21 qol və 9 asistlə yadda qalıb.