"Liverpul" "Barselona"ya elçi düşüb
"Liverpul" "Barselona"nın uruqvaylı müdafiəçisi Ronald Arauxonu transfer etmək istəyir.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsüm sonunda "Barselona"ya rəsmi təklif göndərəcək.
Araxuonun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, 26 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub.