"Liverpul" "Bormunt"a 75 milyon avro ödəməyə hazırdır

"Liverpul"un yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Bormunt"un qanalı futbolçusu Antonio Semenyo Mersisayd klubunun maraq dairəsinə düşüb.

Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

"Liverpul" bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Semenyonun klubla sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.