“Liverpul” Botman transferindən imtina edib

“Liverpul” “Nyukası Yunayted”in stopperi Sven Botmanı transfer etməkdən imtina edib.

Sportline.az xəbər verir ki, buna səbəb oyunçunun transfer qiymətinin yüksək olmasıdır.

“Sun Sport”un yaydığı məlumata görə, “Nyukasl”ın rəhbərliyi 25 yaşlı stopperi üçün 55 milyon avro tələb edir.

Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 15 rəsmi matçda meydanda olub.