“Liverpul” brazilyalı futbolçunu transfer edə bilər
“Brayton” klubunun brazilyalı futbolçusu Joao Pedro yanvar ayında “Liverpul”a transfer edə bilər.
Sportline.az “Football İnsider”a istinadən xəbər verir ki, “Liverpul” 23 yaşlı futbolçu üçün “Brayton”a 50 milyon avro ödəməyə hazırdır.
Mersisayd klubunun çalışdırıcısı Arne Slot Joao Pedronun transferində israrlıdır.
Qeyd edək ki, Pedronun “Brayton”la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.