"Liverpul" bu futbolçuya görə 40 milyon avro ödəməyə hazırdır

"Liverpul"un yeni transfer hədəfi bəlli olub.

Sportline.az "SoloLecce"yə istinadən xəbər verir ki, Mersisayd klubu "Leççe"nin danimarkalı futbolçusu Patrik Dorqu üçün 40 milyon avro təklif edib.

"Leççe" klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, P.Dorqu cari mövsüm çıxış etdiyi 21 matçda 3 qol və 1 asistlə yadda qalıb.