"Liverpul" De Yonq üçün hərəkətə keçib

"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq "Liverpul"un transfer hədəfinə çevrilib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu yay transfer pəncərəsi dövründə De Yonqu heyətinə qatmağa çalışacaq.

De Yonqun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2019-cu ildən "Barselona"da çıxış edir.