“Liverpul” fransalı forvardı heyətinə qatıb

"Liverpul" Hugo Ekitikenin transferini bitirdi.

Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalayacaq.

Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

Liverpul" "Ayntraxt Frankfurt" klubuna 90 milyon avro (+5 milyon bonus) ödəyəcək.

Qeyd: "Liverpul" bundan əvvəl "Bayer"dən 2 futbolçu - Florian Virts və Jeremi Frimponqu transfer etmişdi.