"Liverpul" fransalı ulduzu transfer etməkdə israrlıdır
"Liverpul" klubu fransalı futbolçu Rayan Çerki üçün "Lion"a rəsmi təklif göndərib.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi R.Çerki üçün "Lion"a 35 milyon avro ödəməyə hazırdır.
"Lion" bu təklifi dəyərləndirəcək. Çerkinin Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 18 matçda 5 qol və 7 asistlə yadda qalıb.