"Liverpul" gözünü Semenyoya dikib
"Liverpul"un rəhbərliyi yanvar ayında heyətə yeni hücumçu transfer etməyi düşünür.
Sportline.az "Express" nəşrinə istinadən xəbər verir ki, əsas hədəf "Bormunt"un sağ cinah vingeri Semenyo göstərilir.
Mersisayd klubu sözügedən futbolçu üçün 60+5 milyon avro ödəməyə hazırdır. Bu, 25 yaşlı oyunçunun sərbəst qalma məbləğidir.
Qeyd edək ki, Semenyo cari mövsüm meydana çıxdığı 15 matçda 6 qol, 3 asistlə yadda qalıb.