“Liverpul” “İnter”ə elçi düşüb
“İnter”in italiyalı müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” Bastoni üçün “İnter”ə 60 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçunun Milan klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Bastoni bu mövsüm çıxış etdiyi 41 matçda 1 qol və 5 asistlə yadda qalıb.