"Liverpul" Kerkez transferini bitirib
"Liverpul" "Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez ilə razılıq əldə edib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
21 yaşlı sol cinah müdafiəçisinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Miloş Kerkez ötən mövsüm çıxış etdiyi 41 matçda 2 qol 6 məhsuldar ötürmə ilə yadda qalıb.