“Liverpul” Konateni yanvar ayında satmayacaq
“Liverpul”un rəhbərliyi fransalı stopperi İbrahima Konateni yanvar ayında satmaq fikrində vaz keçib.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu 26 yaşlı mərkəz müdafiəçisini yayda azad agent kimi klubdan ayrılmasına imkan verəcək.
“Real Madrid” və “Bavariya” Konatenin xidmətində maraqlıdır.
Qeyd edək ki, sözügedən oyunçunun hazırki dəyəri 50 milyon avrodur.