“Liverpul” “Qalatasaray”a elçi düşüb

“Liverpul” “Qalatasaray”ın afrikalı futbolçusu Vilfred Sinqonu heyətə cəlb etmək istəyir.

Sportline.az xəbər verir ki, Mersisayd klubu 24 yaşlı sağ cinah müdafiəçisi üçün 38 milyon avro ödəməyə hazırdır.

Bu haqda “Foto Maç” nəşri məlumat yayıb.

Qeyd edək ki, Sinqo bu mövsüm çıxış etdiyi 10 matçda 1 asistlə yadda qalıb.