"Liverpul" "Qarabağ"ın rəqibinə 80 milyon avro təklif edib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl Yunayted"in futbolçusu Entoni Qordon yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Liverpul" 24 yaşlı sol cinah vingerinə görə 80 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Qordon cari mövsüm meydana çıxdığı 37 matçda 14 qol, 5 asistlə yadda qalıb.