“Liverpul” Qordon üçün hərəkətə keçib
"Liverpul" "Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Entoni Qordonu transfer etmək niyyətindədir.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu keçidi yanvar ayında reallaşdırmaq istəyir.
24 yaşlı sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 65 milyon avrodur.
Qeyd edək ki, Qordon "Everton" klubunun yetirməsidir.