“Liverpul” “Real Madrid”ə 52 milyon avro təklif edib

“Liverpul”un gözü “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqaya düşüb.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu 23 yaşlı futbolçuya görə “Real”a 52 milyon avro təklif edib.

Lakin Madrid klubunun rəhbərliyi fransalı oyunçusunu satmaq niyyətində deyil.

Qeyd edək ki, Kamavinqa bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 1 qol, 1 asistlə yadda qalıb.