"Liverpul" "Real"ın futbolçusuna göz qoydu
"Real Madrid"in ulduz futbolçusu Vinisius Junior "Liverpul"un maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Vinisiusun "Real Madrid" rəhbərliyi ilə problem yaşadığı bildirilir. "Liverpul" bunu fürsət bilib yayda "los blankos"a rəsmi təklif göndərəcək.