"Liverpul" "Ştuttqart"a elçi düşüb

"Liverpul" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Stuttgarter Nachrichten" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" "Ştuttqart"ın almaniyalı futbolçusu Angelo Ştilleri heyətinə qatmaq istəyir.

Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Ştiller cari mövsüm çıxış etdiyi 45 matçda 4 qol 9 asistlə yadda qalıb.