"Liverpul" transfer bombasını partlatmaq üzrədir
"Liverpul" "Leyptsiq"in futbolçusu Timo Vernerin transferini bitirmək üzrədir.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə klubu 24 yaşlı hücumçuya ilinə 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Alman oyunçunun yaxın günlərdə "Liverpul"la rəsmi müqavilə imzalayacağı iddia olunub.
Qeyd edək ki, Verner bu mövsüm 39 matçda 30 qol vurub, 12 qolun ötürməsini verib.