"Liverpul" transferə doymur
"Liverpul" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Vartonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu keçid üçün 50 milyon avro ödəməyə hazırdır.
21 yaşlı yarımmüdafiəçini "Liverpul"la yanaşı, "Çelsi", "Mançester Siti", "Arsenal", "Real Madrid" və "Mançester Yunayted" klublarıda transfer etmək istəyir.
Qeyd edək ki, A.Varton bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 1 məhsuldar ötürmə müəllifi olub.