“Liverpul” və “Çelsi” transfer yarışına girib
"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" Lukmanla yaxından maraqlanır.
İtaliya klubu 27 yaşlı futbolçu üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Lukman bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 18 qol və 7 asistlə yadda qalıb.