“Liverpul” və “Çelsi” transfer yarışına girib
"Bavariya"nın mərkəz müdafiəçisi Dayo Upamekano yanvar ayında komandasını dəyişə bilər.
Sportline.az "Football London" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" 26 yaşlı stopperi transfer etmək üçün yarışa girib.
Oyunçunun sərbəst qalma məbləği 52 milyon avrodur.
Qeyd edək ki, Münhen təmsilçisi Upamekanonu yanvar ayında satmasa, yayda azad agent kimi klubdan ayrılacaq.