"Liverpul" və "Mançester Siti" transfer yarışına girib
"Barselona"nın ispaniyalı futbolçusu Lamin Yamal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Mançester Siti" Lamin Yamalı transfer etmək üçün yarışa girib.
17 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 13 qol və 19 asistlə yadda qalıb.