"Liverpul" və "Mançester Yunayted" transfer yarışına girib

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Varton "Liverpul" və "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda "Mirror Football" nəşri məlumat yayıb.

21 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, A.Varton cari mövsüm meydana çıxdığı 31 matçda 3 asistlə yadda qalıb.