“Liverpul” və “Tottenhem” yunanıstanlı futbolçunun izinə düşüb
“Volfsburq”un yunanıstanlı müdafiəçisi Konstantinos Koulieraskis İngiltərə nəhənglərinin maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, “Liverpul” və “Tottenhem” 21 yaşlı stopperi heyətinə qatmaq niyyətindədir.
Bu haqda “TBR Football” nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Koulieraskisin dəyəri 25 milyon avrodur.