"Liverpul" və "Yuventus"un gözü o futbolçunun üzərindədir
"Bavariya"nın futbolçusu Serji Qnabri yayda azad agent kimi klubdan ayrıla bilər.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Liverpul" və "Yuventus" 30 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Qnabri bu mövsümdən etibarən mərkəz hücumçusunun arxasında çıxış edir. Bu səbəbdən "Liverpul" onu İsakın arxasında oynatmağı planlaşdırır.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 oyunda 4 qol, 5 məhsuldar ötürmə müəllifi olub.