"Liverpul" yeni müdafiəçi axtarışına çıxıb

"Liverpul" "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

"İnter" Bastoni üçün 75 milyon avro tələb edir.

Qeyd edək ki, italiyalı futbolçunun "İnter"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Bastoni bu mövsüm çıxış etdiyi 41 matçda 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.