"Liverpul" yeni stopper axtarışına çıxıb
"Liverpul" "Kristal Pelas"ın ingiltərəli stopperi Mark Gehini transfer etməyə çalışır.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
25 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında azad agent statusunda olacaq.
Qeyd edək ki, M.Gehi cari mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 3 asistlə yadda qalıb.