"Liverpul" "Yuventus"a elçi düşüb
"Liverpul" "Yuventus"un futbolçusu Kenan Yıldızı transfer etmək istəyir.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Türkiyə millisinin hücumçusu üçün 80 milyon avro büdcə ayırıb.
İngiltərə klubu Kenan Yıldızı Məhəmməd Salahın əvəzləyicisi kimi transfer etmək istəyir.
Misirli futbolçunun "Liverpul"la müqaviləsi mövsümün sonunda yekunlaşır.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm çıxış etdiyi 40 matçda 6 qol və 4 asistlə yadda qalıb.