“Liverpul”da ayrılıq yaşana bilər
“Liverpul”un yaponiyalı futbolçusu Vataru Endo yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, “Fulhem” V.Endo üçün “Liverpul”a rəsmi təklif göndərməyə hazırlaşır.
Mersisayd klubu Vataru Endo üçün “Fulhem”dən 15 milyon avro tələb edir.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2023-cü ildən “Liverpul”da çıxış edir.