"Liverpul"dan 22 milyon avroluq transfer

"Liverpul" "Az Alkmar"ın niderlandlı futbolçusu Kees Smiti heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 22 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Smit cari mövsüm meydana çıxdığı 19 oyunda 2 qol, 4 məhsuldar ötürmə müəllifi olub.