"Liverpul"dan 40 milyon avroluq transfer

"Brügge"nin ekvadorlu stopperi Joel Ordonez "Liverpul"un transfer radarındadır.

Sportline.az "Bola Vip" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yanvar ayında "Brügge"yə rəsmi təklif göndərəcək.

"Liverpul"un rəhbərliyi bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 21 yaşlı mərkəz müdafiəçi cari mövsüm 12 matçda iştirak edib. Aktivində 1 qol var.