“Liverpul”dan 65 milyonluq transfer
“Liverpul”un yanvar ayı üçün əsas hədəfi bəlli olub.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Kristal Pelas”ın ingiltərəli müdafiəçisi Mark Gehi karyerasını “Liverpul”da davam etdirməyə yaxındır.
Mersisayd klubu bu keçid üçün “Kristal”a 65 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Gehinin “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.