"Liverpul"dan 9 il sonra ayrılacaq

"Liverpul"un sol cinah müdafiəçisi Endi Robertson yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Kristal Pelas", "Aston Villa" və "Vulverhempton" şotlandiyalı futbolçu ilə yaxından maraqlanır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, Robertson 2017-ci ildən Mersisayd klubunun şərəfini qoruyur.