“Liverpul”dan Boven həmləsi
“Vest Hem Yunayted”in futbolçusu Cerred Boven “Liverpul”un transfer siyahısında yer alır.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi Bovenin oyununu çox bəyənir. Klub yay transfer pəncərəsi dövründə “Vest Hem”ə rəsmi təklif göndərəcək.
“Liverpul” 2026-cı ildə Salahla yollarını ayıracaq. Bu səbəbdən ingiltərəli futbolçunu heyətə qatmağı düşünür.
Qeyd edək ki, C.Bovenin transfer qiyməti 50 milyon avrodur.