"Liverpul"dan Dembele həmləsi
Mohamed Salahın mümkün gedişindən sonra transfer axtarışında olan "Liverpul" Dembeleni hədəfləyib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu PSJ-də çıxış edən Usman Dembeleni transfer etmək üçün 100 milyon avroluq transfer büdcəsi ayırıb.
Qeyd edək ki, Fransız hücumçu 2025-ci ildə 16 oyunda 21 qol vurub.