"Liverpul"dan Konateyə son təklif
"Liverpul" fransalı stopperi İbrahima Konateyə sonuncu təklifini irəli sürüb.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 26 yaşlı mərkəz müdafiəçisinə 5 illik müqavilə təklif edib.
Bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.
Konate bu təklifidə qəbul etməsə, yayda azad agent kimi ayrılacaq.
Qeyd edək ki, "Real Madrid" sözügedən futbolçunu heyətinə qatmaqda israrlıdır.