“Liverpul”un əsas hədəfi
"İnter"in italiyalı stopperi Alessandro Bastoni "Liverpul"un maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 88 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Bastoni bu mövsüm çıxış etdiyi 16 oyunda 2 qol, 3 asistlə yadda qalıb.