"Liverpul"un gözü "Nyukasl"ın futbolçusuna düşüb
"Liverpul" "Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Entoni Qordonu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Entoni Qordon üçün "Nyukasl"a 60 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Entoni Qordon "Liverpul"a transfer olmağa müsbət yanaşır.