“Liverpul”un sabiq oyunçusu karyerasını bitirir

“Brügge” klubunun qapıçısı Simon Minyole mövsüm başa çatdıqdan sonra futbolçu karyerasını bitirəcəyini bildirib.

Sportline.az xəbər verir ki, təcrübəli qolkiper açıqlamasında belə deyib:

“Pley-off mərhələsində keçirəcəyim oyunlar karyeramın son 10 qarşılaşması olacaq. Sentyabrın 1-dən etibarən Belçika Futbol Federasiyasının idman şöbəsində rəhbər vəzifədə işləməyə başlayacağam. Hansı vəzifə olacağını isə daha sonra açıqlayacağam", - deyə Minyole bildirib.